USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Rektor: "ADNSU-da 8 ildir təhsil alan 7 tələbə vardı, onlardan 3-ü 9-cu ilə keçdi"

“Bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirməli olan 2 826 tələbədən 2416-sı məzun oldu, 410 nəfər isə təhsilini tamamlaya bilmədi”.

“Report” xəbər verir ki, bunu ADNSU-nun rektoru Mustafa Babanlı deyib.

O vurğulayıb ki, bu hal rektor kimi onu məyus etməyib: “Bu məsələ, bəlkə də, məni məyus etməli idi. Ancaq əksinə, sevinirəm ki, həmin insanlar diplom almağa layiq olmadıqlarını başa düşdülər. Həm də ona sevinirəm ki, 8-ci ildir təhsilini başa vura bilməyən 7 nəfərdən 4-ü bu il məzun olub. Yerdə qalan 3 nəfər isə 9-cu ilə keçdi”.

Bundan sonra da Universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam edəcəyini deyən rektor bildirib ki, riyaziyyat və fizika yönümlü dərslər artacaq: “Universitet elə bir səviyyəyə gəlib çatacaq ki, buradan çıxan məzunlar cəmiyyətdə böyük nüfuz qazanacaqlar. Bu il Universitetin magistraturasına daxil olan tələbələrin 73 faizi məhz ADNSU-nun məzunudur. Bu rəqəm heç vaxt 50%-dən artıq olmurdu. Adətən, başqa universitetlərin tələbələri daha yüksək bal toplayaraq bizə gəlirdi. Magistraturaya 574 nəfər birbaşa qəbul oldu ki, bunun da 83%-i ödənişsiz əsaslarla təhsilini davam etdirəcək. 2019-2020-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə 3065 plan yeri sifariş vermişdik. Halbuki 2014-2015-ci tədris ilində bu say 1600 nəfər idi. ADNSU-nun ikinci ali təhsilində 738 tələbə var. Bu il də 300-350 nəfər qəbul nəzərdə tutulub”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!