USD - 1.7 EUR - 1.9847 RUB - 2.1795 TRY - 0.0423 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə universitet tələbələri, gənclər təşkilatlarının nümayəndələri və gənc könüllülərin iştirakı ilə Bakı Gənclər Mərkəzində “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib.

Tədbirdə əməkdar mədəniyyət işçisi, televiziya və radio aparıcısı Rahib Azəri, ASAN Radionun direktoru Emin Musavi, 1news.az informasiya agentliyinin direktoru Rəhman Hacı çıxış edərək 1875-ci ildə böyük maarifpərvər Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə mətbuatımızın fəaliyyəti, sosial media və onun  yaratdığı imkanlar və yeniliklərdən bəhs ediblər.

Çıxışçılar gənclərin suallarını cavablandırıb, fikir mübadiləsi aparıblar. Müzakirə formatında təşkil oluan görüşdə 300-dən çox gənc iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!