USD - 1.7 EUR - 1.9834 RUB - 2.0901 TRY - 0.0412 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Gədəbəydə ilk dəfə keçiriləcək Milli Yaylaq Festivalına hazırlıq işləri başa çatıb

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-dan 28-dək ilk dəfə olaraq Gədəbəy rayonunda keçiriləcək Milli Yaylaq Festivalı üçün hazırlıq işləri başa çatıb.

Mədəniyyət Nazirliyindən ASAN Radioya verilən məlumata görə, festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, nadir konsepsiya əsasında keçiriləcək Milli Yaylaq Festivalına yerli iştirakçılar və qonaqlarla yanaşı, 20-yə yaxın xarici ölkədən çoxsaylı fəxri qonaq və turistlərin gəlişi də gözlənilir.

Festivalın daha möhtəşəm və yaddaqalan keçirilməsi, həmçinin Gədəbəyin tarixi-mədəni irsinin və turizm potensialının yüksək səviyyədə təbliği üçün təşkilatçılar tərəfindən üç ay əvvəldən hazırlıq işlərinə başlanılıb.

Bu məqsədlə Miskinli yaylağının ərazisində orijinal üslubda “Yaylaq yurdu” adlı etno-qəsəbə salınıb. Etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı (yarış sahəsi), “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılıb.

 

Etno-qəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

Festival çərçivəsində el şənliyi (etnoqrafik mədəni-idman tədbiri) də keçiriləcək.

Milli Yaylaq Festivalı şərti olaraq mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları, eko-etnoturizm adlı 3 hissədən ibarət olacaq.

Turistlər üçün ekskursiyalar da təşkil ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!