USD - 1.7 EUR - 1.8751 RUB - 0.0264 TRY - 0.287 DAHA ÇOX
SON DƏQİQƏ
31351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına sadələşdirilmiş prosedur üzrə icazə verilib  570 güzəştli mənzilin seçimi başa çatdı Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılır - FƏRMAN   FHN-in Gəncə Regional Mərkəzində “ASAN Xidmət” könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
ABŞ-ın Milli Park Xidməti təqviminin üz səhifəsində Azərbaycanın milli rəqs şəkili yerləşdirilib - Audioreportaj

ABŞ-ın Milli Park Xidməti Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan Məktəbinin tələbələrinin milli rəqsini öz aylıq təqviminin üz səhifəsində yerləşdirib.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva ASAN Radioya xəbər verib ki, ölkəmizin bayrağı fonunda həmin rəqsin şəkli Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar Vaşinqtonda keçirilmiş şənliklər çərçivəsində Azərbaycan Məktəbi tələbələrinin Linkoln Memorialın qarşısında milli rəqsləri nümayiş etdirərkən bu ilin iyunun 8-də çəkilib.

Milli Park Xidməti belə təqvimlər vasitəsilə parklarda incəsənət və əyləncəli tədbirlər barədə geniş ictimaiyyətə və səfər edən turistlərə məlumat yayır. Azərbaycan Məktəbi tələbələrinin şəkli avqust ayı üzrə tədbirlər təqvimində yer alıb.

Xatırladaq ki, Milli Park Xidməti ABŞ-da ətraf mühiti, təbii resursları və mədəni irsi qorumağa məsul Daxili Məsələlər Departamentinə tabedir.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə bu qurumun nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə Azərbaycan dili və mədəniyyəti dərsləri keçirilir, rəqslər öyrədilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır. Bundan başqa, məktəbin tələbələri müxtəlif mədəni tədbirlərdə çıxış etməklə Azərbaycan mədəniyyətini nümayiş etdirir.

ASAN Radionun hazırladığı audioreportajı linkdən dinləyin: http://bit.ly/2YnlZba

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio