ASAN Radio və “ASAN Könüllüləri”nin təşkilati dəstəyi ilə növbəti "ASAN Yay Festivalı" Gəncə "ASAN xidmət" mərkəzində keçiriləcək.
Konsertdə əməkdar artist Abbas Bağırov, digər müğənnilər və DJ Spider çıxış edəcəklər. Həmçinin "ASAN Könüllüləri" tərəfindən rəqs nümunələri, ifalar təqdim olunacaq.
“ASAN Yay Festivalı”na bu dəfə də “ASAN xidmət”in Rəqəmsal Könüllüləri qatılacaqlar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandıracaqlar.
Qeyd edək ki, bundan öncə Masallı və Mingəçevir “ASAN Həyat” komplekslərində festivallar baş tutub. Konsertlər böyük coşqu ilə qarşılanıb.
XƏBƏR LENTİ