USD - 1.7 EUR - 1.9952 RUB - 2.1757 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Georgi Qaxaria Baş nazir postuna gətirilir

Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası Gürcüstanın daxili işlər naziri Georgi Qaxarianın Baş nazir postuna namizədliyini irəli sürüb. 

Bu barədə partiyanın lideri Bidzina İvanişvili açıqlama verib.

“Bu gün səhər saatlarında "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının Siyasi Şurasının iclası keçirilib. Siyasi Şurada mən partiyanın sədri olaraq Georgi Qaxarianın yeni Baş nazir olaraq namizədliyini irəli sürdüm”. 

G.Qaxariya isə bildirib ki, 2013-2015-ci illərdə ölkənin Baş naziri olmuş İrakli Qaribaşvilini müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurini isə daxili işlər naziri vəzifələrinə təsdiqləmək üçün parlamentə təklif göndərəcək.

O, qeyd edib ki, hazırki müdafiə naziri Levan İzoria isə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzfiəsinə təyin olunacaq.

Qeyd edək ki, ötən gün Mamuka Baxtadze Gürcüstanın Baş naziri vəzifəsindən istefa verib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!