"Hərbiyyə - 101" düşərgəsinin 5-ci gününə silahsız sıra hərəkətləri üzrə məşğələ ilə start verilib.
Sonra Sultanbud meşəsinə doğru hərəkət edən iştirakçıların avtomobil kalonu yol döngəsində xüsusi təyinatlı kəşfiyyatçı qrupun pusqusuna məruz qalıb. Kəşfiyyatçılar ağaclardan, əvvəlcədən qazılmış çalalardan və daldanacaqlardan hərəkət edərək iştirakçıları mühasirəyə alıb, onları, texnikaları girov götürməyə çalışıblar. İştirakçılar da öz növbəsində müqavimət göstərərək hətta əli silahlı kəşfiyyatçılarla əlbəyaxa döyüşə çıxıblar.
Silahların işə düşməsinə, partlayışların törədilməsinə baxmayaraq iştirakçılar sonadək mübarizə apararaq bayraqlarını müdafiə ediblər. Birlik komandiri, general - mayor Mayis Bərxudarov iştirakçıları pusqudan uğurla çıxdıqlarına görə təbrik edib.
Həmçinin kəşfiyyat qrupları tərəfindən düşmən obyektlərinə nümunəvi basqın məşğələsi keçirilib. Düşmən obyektlərinin mühafizəçiləri zərərsizləşdirilib, kəşfiyyatçılar bir nəfəri əsir götürərək qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetiriblər.
Yaşayış məntəqələrində xüsusi təyinatlı qrupların fəaliyyəti üzrə nümunəvi məşqlər də təqdim olunub.
Kəşfiyyatçı snayperlərin və əsgərlərin müxtəlif şəraitlərdə birlikdə maskalanması, həmçinin kəşfiyyat silah və optik elektron cihazlar, mini pilotsuz uçuş aparatları, dağ ləvazimatları və xüsusi kəşfiyyatçı geyimləri ilə tanışlıq keçirilib.
Komanda üzvləri kompasın köməyi ilə hərəkət qaydalarını mənimsəyib, həmçinin 5 km məsafəyə səmti müəyyənləşdirmə üzrə idman yarışları təşkil olunub.
Sonra Beyləqan rayonunun Qəhrəmanlı kəndində yerləşən Şəhidlər abidəsi ziyarət olunub.
Yat komandasından sonra gecə yarısı həyəcan siqnalı əsasında iştirakçıların ayıqlığı yoxlanılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!