USD - 1.7 EUR - 1.8751 RUB - 0.0264 TRY - 0.287 DAHA ÇOX
SON DƏQİQƏ
31351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına sadələşdirilmiş prosedur üzrə icazə verilib  570 güzəştli mənzilin seçimi başa çatdı Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılır - FƏRMAN   FHN-in Gəncə Regional Mərkəzində “ASAN Xidmət” könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
“Bizim İnnovativ Günümüz” layihəsi keçiriləcək

“İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatı dəstəyi ilə “Bizim İnnovativ Günümüz” layihəsi keçiriləcək.

Layihə Masallı, Lənkəran, Şamaxı, İsmayıllı, Qəbələ, Quba, Xaçmaz, Sabirabad, İmişli, Yevlax, Mingəçevir, Gəncə, Tovuz, Göyçay, Ucar, Şəki və Zaqatala, Füzuli, Naxçıvan, Sumqayıt, Bakı şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulub. Layihədə hər regiondan 40 nəfər, ümumilikdə, 840 gəncin və yeniyetmənin iştirakı gözlənilir. 

Layihənin keçirilməsində əsas məqsəd gənclərin xüsusilə də bölgələrdə yaşayan gənclərin İKT sahəsinə olan marağının artırılması, gələcək karyera planlamasında uğurlu qərarların verilməsi, gənclərin özgüvəninin və şəxsi inkişaf potensiallarının artırılmasıdır. Eyni zamanda layihənin məqsədi gənclərin təqdimat və ünsiyyət bacarıqlarının arıtırılması və inkişaf dövründə baş verə biləcək bulling hadisələri və onun qarşısının alınması haqqında məlumatlandırılmasıdır. Həmçinin gənclərin ideyalarının biznesə çevrilmə prosesinə dəstək olunması və biznes layihələrinin idarə olunması modellərini izah etməkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio