USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşüb.

ASAN Radio xəbər verir ki, müstəqillik illərində Azərbaycan-Belarus əlaqələrinin təməlinin 1994-cü ildə dövlət başçıları Heydər Əliyev və Aleksandr Lukaşenko tərəfindən qoyulduğunu xatırladan Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Prezidentinin qarşılıqlı səfərlərinin və görüşlərinin ikitərəfli münasibətlərimizin inkişafında xüsusi rol oynadığını vurğuladı.

Söhbət zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə Stanislav Zas arasında bundan əvvəl beynəlxalq təbirlərdə keçirilən görüşlər məmnunluqla xatırlandı.

Görüşdə Administrasiya rəhbəri Ramiz Mehdiyev 2020-ci ilin yanvar ayından Stanislav Zasın yeni vəzifənin icrasına başlayacağını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırdı və həmin vəzifədə çalışacağı dövrdə də Azərbaycanla Belarus arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə əminliyini ifadə etdi. Administrasiya rəhbəri Ramiz Mehdiyev Belarus Respublikasının Təhlükəsizlik Şurası ilə bundan sonra da yaxın əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!