USD - 1.7 EUR - 1.8352 RUB - 0.0265 TRY - 0.2784 DAHA ÇOX
SON DƏQİQƏ
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır Səfir: “Türkiyə Prezidenti fevralın 25-də Azərbaycana gələcək” İstirahət günlərində gözlənilən hava proqnozu İranda koronavirusdan ölənlərin sayı artır Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı- VİDEO
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreyanın Ali Elm və Texnologiya İnstitutu arasında əməkdaşlıq 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildiriblər ki, səfər çərçivəsində Koreyanın Ali Elm və Texnologiya İnstitutu (KAIST) ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nümayəndə heyəti KAIST Universitetinin prezidenti ilə görüşüb, universitetin startap məktəbi, IT və innovasiyalar üzrə kadr quruculuğu proqramları ilə tanış olub. Agentlik ilə KAIST Universiteti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə ilkin razılıq da əldə edilib.

Agentliyin sədr müavini Ceyhun Salmanov Koreyaya səfəri çərçivəsində Seul şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil edilən “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin vətəndaşlara xidmət üzrə potensialının artırılması” mövzusunda seminarın bağlanış mərasimində də iştirak edib. O, iştirakçıları təbrik edərək onlara sertifikatlar təqdim edib.

Həmin layihəyə 2017-ci ildə başlanılıb və bu günə qədər agentliyin, “ASAN xidmət” mərkəzlərinin 50-dən çox əməkdaşı müvafiq seminarlarda iştirak edib.

Budəfəki seminarda agentliyin Elektron Hökumətin İcra Qrupunda təmsil olunan bir sıra dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio