USD - 1.7 EUR - 1.8397 RUB - 0.0265 TRY - 0.2782 DAHA ÇOX
SON DƏQİQƏ
Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdü Yeddi qurumun rəhbər şəxsləri “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib Azərbaycanda iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib - RƏSMİ Nazirlər Kabineti: Əhaliyə xüsusi zərurət olmadığı hallarda İrana səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunur
“Binə” ticarət mərkəzində yanğın olub

Oktyabrın 8-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

ASAN Radio Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib.

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio