USD - 1.7 EUR - 1.8751 RUB - 0.0264 TRY - 0.287 DAHA ÇOX
SON DƏQİQƏ
31351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına sadələşdirilmiş prosedur üzrə icazə verilib  570 güzəştli mənzilin seçimi başa çatdı Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılır - FƏRMAN   FHN-in Gəncə Regional Mərkəzində “ASAN Xidmət” könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
“Dövlət büdcəsindən xərclənən vəsait artıqlaması ilə qaytarılıb” - Ülvi Mehdiyev

Bu gün ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər çərçivəsində əhəmiyyətli layihələr həyata keçirilir.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "3-cü Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib.

"Aparılan işlər yaxın gələcəkdə bu xidmətlərin oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçməsini təmin etməyə yönəlib. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılmasının təmin edilməsi məqsədilə elektron hökumət infrastrukturu yenilənib, cari ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti olan “myGov” platforması istifadəyə verilib. Bundan başqa, rəqəmsal həllərin hazırlanması, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir".

Ü.Mehdiyev qeyd edib ki, dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqi bu gün zəruri tələbə çevrilib. "Sevindirici haldır ki, Azərbaycan dövlət xidmətləri sahəsində rəqəmsal hökümətə keçid prosesi, innovasiyaların dövlət xidmətləri sahəsində tətbiqi məsələsində öncül dövlətlərdən biridir. Bu gün qarşımızda duran ən əsas tələb reaktiv xidmətlərdən praktik xidmətlərə keçid prosesini təmin etməkdir. Ümumiyyətlə, məqsəd rəqəmsal hökümətə keçid prosesini başa çatdırmaqdan ibarətdir".

"ASAN Xidmət"-in 7 ildir fəaliyyət göstərdiyini deyən Ü.Mehdiyev bildirib ki, bu müddət ərzində qurumun saxlanılmasına dövlət büdcəsindən 132 milyon manat vəsait ayrılıb.

"7 il ərzində "ASAN Xidmət" vasitəsilə dövlət büdcəsinə 135 milyon manat dövlət rüsumu və digər xidmətlər haqları geri qayıdıb. Aparılan islahatlar nəticəsində həm bir çox sahələrdə uğur qazanılıb, hədəfə çatılıb, şəffaflıq təmin edilib, həm də dövlət büdcəsindən xərclənən vəsait artıqlaması ilə qaytarılıb".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio