USD - 1.7 EUR - 1.8804 RUB - 0.0267 TRY - 0.2957 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib Həftəsonu yol qəzalarında 12 nəfər ölüb Sabahın hava proqnozu Prezident İlham Əliyev İordaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib Prezident Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 
Dövlət Agentliyinin nümayəndə heyəti GİTEX Texnologiya Həftəsində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti GITEX 2019 Texnologiya Həftəsində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.

GITEX Texnologiya Həftəsi informasiya - kommunikasiya texnologiyaları və innovasiyalar sahəsindəki dünya üzrə son nailiyyətlərin ən böyük və mötəbər sərgilərindən biridir. Sərgi dünyanın 140-dan çox ölkəsindən 4500-dən çox iştirakçını bir araya gətirib.

Səfər çərçivəsində nümayəndə heyəti Dubai Smart Government və Dubay polisinin rəhbər vəzifəli şəxsləri ilə görüşüb. Həmçinin rəqəmsal hökumət sahəsində məlumat mübadiləsi, startap layihələrinin tətbiqi və inkişafı, “ASAN xidmət” modelinin,  rəqəmsal və elektron hökumət həllərinin tətbiqi üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.  

Dubay Ticarət Palatasında keçirilmiş görüşdə rəqəmsal hökumət və innovasiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı məlumat mübadiləsi aparılıb.

Dubai Startup Hub ilə keçirilmiş görüşdə fintech şirkətlərinin təqdimatları ilə tanışlıq həyata keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio