USD - 1.7 EUR - 2.0029 RUB - 2.1438 TRY - 0.0427 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Avropa İttifaqı və Azərbaycan Bakıda Tvinninq layihələrini müzakirə edirlər

10 oktyabr 2019-cu il tarixində Avropa İttifaqı və Azərbaycan arasında Tvinninq  layihələrini müzakirə etmək üçün Bakıda dəyirmi masa keçiriləcək.  Avropa Komissiyasının  Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbərləri  cənab Vasilis Maraqos və xanım Diana Yablonskanın başçılıq etdiyi nümayəndə heyətinin, həmçinin Azərbaycan rəsmilərinin qatıldığı tədbirə Azərbaycanın  İqtisadiyyat Nazirliyi ev sahibliyi edəcək.

ASAN Radio xəbər verir ki, dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycanda Tvinninq proqramının gələcəyini müzakirə edərək, ölkədə dövlət idarəçiliyində islahat prosesinə səmərəli şəkildə töhfə vermək üçün daha strateji yanaşmanın təmin edilməsi yollarını müəyyən etməkdir.

 “Aİ-nin Tvinninq  proqramı Aİ və Azərbaycan arasında ən uğurlu əməkdaşlıq alətlərindən biridir. Bu proqram Avropanın qabaqcıl təcrübələrini Azərbaycandakı qurumlarla bölüşməyə və əhali üçün faydalı islahatların dəstəklənməsinə kömək edir. Bu dəyirmi masa bizə gələcəkdə daha da səmərəli fəaliyyət göstərməkdə kömək edəcək”, - deyə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib.

Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət İcbari Tibbi Sığorta Agentliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ekspertlər tədbirdə iştirak edəcəklər.

Tvinninq Aİ-nin üzv dövlətlərinin və Azərbaycan kimi tərəfdaş ölkələrin dövlət administrasiyaları arasında institusional əməkdaşlıq vasitəsidir. Tvinninq layihələri çərçivəsində nəticələr həmkar qurumlar arasında həyata keçirilən  tədbirlər vasitəsilə əldə olunur. Son on il ərzində Azərbaycanda 26 nazirlik və dövlət qurumu 46 Tvinninq layihəsində iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!