USD - 1.7 EUR - 1.8751 RUB - 0.0264 TRY - 0.287 DAHA ÇOX
SON DƏQİQƏ
31351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına sadələşdirilmiş prosedur üzrə icazə verilib  570 güzəştli mənzilin seçimi başa çatdı Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılır - FƏRMAN   FHN-in Gəncə Regional Mərkəzində “ASAN Xidmət” könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsində  növbəti konsert təqdim edildi

Oktyabrın 7-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsinin növbəti konserti keçirildi. AMEA Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
ASAN Radionun məlumatına görə, konsertdən əvvəl çıxış edən  AMEA  Folklor  İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri , filologiya elmləri namizədi Elxan Məmmədli bildirdi ki, hələ ötən il Beynəlxalq Muğam Mərkəzlə birlikdə təşkil edilən silsilə tədbirlər aşıq musiqisi həvəskarlarının yaxşı yadındadır. “Dastan gecələri” və “Aşıq musiqisi axşamları” layihəsi aşıq yaradıcılığına qiymət verən insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. BMM ilə birlikdə növbəti layihəmiz “Aşıq musiqisi axşamları” çərçivəsində  aşıq sənətinin ifaçılıq məktəbləri, bu sahənin problemləri, aşıq sənəti ilə bağlı müzakirələri əhatə edən tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu sahədə birgə planlarımız çoxsaylıdır. Böyük ustadların ənənələrini gələcək nəslə çatdırmaq üçün birgə əməkdaşlıq çərçivəsində təbliğ edəcəyimiz mövzular aşıq məktəbinin inkişafına xidmət edəcək. Layihə çərçivəsində bütün bölgələrimizi əhatə edən aşıqların yaradıcılığı təqdim ediləcək. Təbliğatlar, dövlətimiz tərəfindən bu sənətə diqqət və qayğı bu sahədə olan gəncləri daha da ruhlandırır. Son dövrdə ali məktəblərdə və orta musiqi məktəblərində saz sənətinə çox böyük önəm verilib. Musiqili gecədə Gədəbəy ,Tovuz, Borçalı, Göyçə , Qazax , Kəlbəcərdən olan aşıqlar çıxış etdilər. Lətifə Çeşməli, Şəhriyar Qaraxanlı, Elməddin Məmmədli, aşıq Ramin, aşıq Əşrəf, aşıq Qabil, aşıq Səlim, Bəhmən Ardanışlı, Şaiq İncəli, İlham Aslanbəyli, aşıq Qalib, Gözəl Kəlbəcərlinin çıxışları saz sənətinin vurğunları tərəfindən alqışlarla qarşılandı.
Qeyd edək ki,  2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib. Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin  təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Bu silsilədən " Muğam axşamları" , "Dastan gecələri", "Etnik musiqi inciləri", "Aşıq musiqisi axşamları"nı qeyd edə bilərik.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio