USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Polad Bülbüloğlu: "Avrasiyanı türk mədəniyyəti olmadan təsəvvür etmək olmaz"

“TÜRKSOY tərəfindən ötən 27 il ərzində türkdilli ölkələrin özünəməxsus mədəniyyətini dəstəkləmək və inkişaf etdirməklə bağlı minlərlə layihə icra olunub. Belə müştərək layihələr türk xalqlarının mədəniyyətlərinin oxşarlığını, eyni kökdən gəldiyini bir daha ortaya qoyub”.

“Report” xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasında keçirilən “Avrasiya inteqrasiyasının Altay yolu” adlı dəyirmi masadakı nitqi zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

O, Rusiya parlamentində əvvəllər də Avrasiya inteqrasiyasına dair tədbirlərin, o cümlədən “Azərbaycanla Rusiya arasında mədəniyyət körpüləri” adlı dəyirmi masanın keçirildiyini xatırladıb: “Azərbaycanla Rusiya arasında hazırkı münasibətlərin konstruktiv və qarşılıqlı etimada söykənməsi bu baxımdan səciyyəvidir. Post-Sovet məkanı ölkələrinin siyasətində Avrasiya inteqrasiyası proseslərində Altay amilinin getdikcə daha çox büruzə verdiyini görürük. Belə ki, min illər boyu bir çox xalqlar üçün tarixi və mənəvi mərkəz olan Altay onların mədəni sərvətlərini cəmləşdirən bir xəzinədir”.

1992-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un (Türk Kültür və Sanat Ortak Yönetimi) türk xalqlarının müştərək maddi və mənəvi mədəniyyət mirasını qorumaq, gələcək nəsillərə çatdırmaq üçün əməkdaşlığı inkişaf etdirmək amalına xidmət etdiyini bildirən diplomat 14 il ərzində TÜRKSOY-a rəhbərlik etdiyin xatırladıb: “Təəssüf ki, siyasətə qarışmayan, sırf mədəni xarakter daşıyan bu təşkilata Rusiyada münasibət birmənalı deyil. Halbuki Avrasiya məkanını türk mədəniyyəti olmadan təsəvvür edilə bilməz”, - deyən P.Bülbüloğlu Altayın heç də təkcə türk xalqları üçün xüsusi əhəmiyyət daşımadığını, Altay dil ailəsinə türk dillərilə yanaşı, monqol, Tunqus – Mancur, Koreya, yapon-Rükü dillərinin də daxil olduğunu xatırladıb.

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası, həmvətənlərlə əlaqələr komitəsinin üzvü İvan Belekov da Altay diyarında Azərbaycanın ümummillin lideri Heydər Əliyevin bu gün də ehtiramla xatırlandığını qeyd edib.

Dövlət Dumasının Millətlərin işləri komitəsinin sədri İldar Gilmüddinov isə hazırda Rusiya Türk Xalqları Assosiasiyası adlı qurumun yaradılması barədə müzakirə aparıldığını diqqətə çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!