Bakı. Ceyhun Ələkbərov - Trend:
Gecə reyslərinə yeni istiqamətlər əlavə olunub.
Bu barədə ASAN Radioya Bakı Beynəlxaq Avtovağzal Kompleksindən (BBAK) bildiriblər. Qeyd olunur ki, 18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək.
Qeyd olunan yeni reyslərin vaxtı isə belədir:
Bakı - Mingəçevir - 23:30,
Mingəçevir - Bakı - 01:00,
Bakı - Şəki - 23:30,
Şəki - Bakı - 23:30.
Biletlər bu gündən satışdadır.
Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər.
Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı, Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!