USD - 1.7 EUR - 2.0195 RUB - 0.0233 TRY - 0.2409 DAHA ÇOX
SON DƏQİQƏ
Baş Nazirdən yumşalma anonsu Avqustda da 190 manat veriləcək - Prezident tapşırıq verdi “Biz başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur” - Prezident Prezident koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib Azərbaycanda daha 435 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub, 3 nəfər vəfat edib
“İlham Əliyevlə “Keşikçidağ”ı müzakirə etdik” - Sabahdan kilsələr açılır

Sabahdan etibarən "Keşikçidağ" kompleksinin kilsələri gürcü din xadimləri üçün açılacaq.

ASAN Radio xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin iclasında Azərbaycana səfərinin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə "Keşikçidağ" məsələsi də müzakirə olunub.

“Təəssüf ki, Gürcüstanla Azərbaycan arasındakı sərhəddə müəyyən edilməmiş bəzi hissələr qalıb, bu, bizə postsovet mirasıdır və 25 ildə həllini tapmayıb. Azərbaycan Prezidenti dedi ki, bizi birləşdirən tariximiz, coğrafiyamız var, əlbəttə, mən tamamilə razıyam ki, coğrafiya və tarix dost və tərəfdaşları ayırmır, əksinə birləşdirir.

Məhz bu əsasda və təməl üzərində cari problemlər barədə tamamilə açıq söhbətimiz oldu və nəticədə "Keşikçidağ" kompleksinin kilsələri sabahdan etibarən gürcü din adamları üçün açılacaq. Biz bu istiqamətdə ciddi tərəqqi əldə etməliyik”, - deyə baş nazir bildirib.

Xatırladaq ki,Gürcüstanın yeni baş naziri Giorgi Qaxariya dünən ilk xarici səfərini Azərbaycana edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio