FHN-in Gəncə Regional Mərkəzində “ASAN Xidmət” könüllülərinin iştirakı ilə “Açıq qapı” günü təşkil olunub.
ASAN Radionun APA-ya istinadla verdiyi məlumatına görə, tədbirdə çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəisi Asif Məmmədli bildirib ki, bu cür tədbirlərin gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə, onların şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılmasına, hərbi vətənpərvərlik ruhunun aşılanması və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi məqsədi ilə keçirilir.
Daha sonra FHN-in fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, təbii və texnogen mənşəli hadisələr, onlardan qorunma qaydaları izah olunub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!