İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə 2013-cü ilin iyun ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı fəaliyyətə başlayıb.
Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, həmin tarixdən etibarən “Asan İmza”nın tətbiqi ilə bağlı geniş məlumatlandırma və təbliğat tədbirləri həyata keçirilib, “Asan İmza” sertifikatlarının kütləvi şəkildə verilməsi təmin edilib.
“Asan İmza” sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan və 2013-cü ilin iyul ayında alınmış sertifikatların etibarlıq müddəti 2016-cı ilin iyul ayında bitdiyindən, yeni “Asan İmza” sertifikatı almaq üçün ASAN xidmət mərkəzlərinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə (http://www.taxes.gov.az/xidmetmerkezleri) müraciət etmək lazımdır.
Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet səhifəsinin “Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www.taxes/faq/sual.html), asxm.gov.az internet ünvanına və ya [email protected] elektron poçtuna müraciət etməklə məsələ ilə bağlı əlavə məlumat almaq olar.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!