USD - 1.7 EUR - 1.8744 RUB - 0.0266 TRY - 0.2954 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı olub Bu ayın sonunda TANAP-ın ikinci hissəsinin açılışı keçiriləcək “Azərbaycan tarixi” adlı layihə davam edir
Türkmənistan Məclisinin sədri “ASAN xidmət”də

4 noyabr 2019-cu il tarixində Türkmənistan Məclisinin sədri Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 33 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Həmçinin qonaqlara “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan Türkmənistanlı qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio