USD - 1.7 EUR - 1.8744 RUB - 0.0266 TRY - 0.2954 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı olub Bu ayın sonunda TANAP-ın ikinci hissəsinin açılışı keçiriləcək “Azərbaycan tarixi” adlı layihə davam edir
Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məşhur futurist-jurnalist İən Xana xüsusi müsahibə verib. İən Xan İKT ilə əlaqədar mövzular əsasında Forbes jurnalına töhfələr verir, həmçinin CNN telekanalında yayımlanan gələcək texnologiyalarla əlaqədar proqramların müəllifidir. 

Dövlət Agentliyinin sədr müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışıb. Həmçinin bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilib. 

Diqqətə çatdırılıb ki, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlər digər sahələrə də müsbət təsirə malikdir. Müsahibə zamanı texnologiyaların gələcəyi, dövlət xidmətlərinin göstərilməsində tətbiq olunması nəzərdə tutulan innovasiyalar məsələsinə də toxunulub.

Qeyd edək ki, müsahibə mütəmadi keçirilən Ümumdünya Hökumət Zirvə Toplantısı çərçivəsində cari ilin fevral ayında dövlət xidmətləri mövzusunda Birləşmiş Ərəb Əmirliyi tərəfindən təşkil edilmiş xüsusi Forumla əlaqədar reallaşdırılıb. 

Forum çərçivəsində dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəyə sahib olan ölkələr barədə məlumatlılığın qlobal səviyyədə genişləndirilməsi məqsədi ilə xüsusi videomaterial da hazırlanır.

Videomaterialda Dövlət Xidmətləri Forumunun təsis iclasında iştirak etmiş Azərbaycan, ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı, Niderland, Estoniya kimi ölkələrin müvafiq sahə üzrə təcrübələrindən bəhs ediləcək. Eyni zamanda bu ölkələrdə İKT-nin, gələcəkdə dövlət xidmətlərinin tətbiqi ilə bağlı strateji baxışlar öz əksini tapacaq.

Dövlət Xidmətləri Forumunda təmsil olunan ölkələrdən biri kimi Azərbaycan Respublikasının da bu sahədə qabaqcıl təcrübəsi müvafiq videomaterialda nümayiş etdiriləcək. 

Xüsusi müsahibə 2020-ci il Ümumdünya Hökumət Zirvə Toplantısı çərçivəsində təşkil olunacaq Dövlət Xidmətləri Forumunda, eləcə də digər xarici kütləvi informasiya vasitələrində nümayiş etdiriləcək. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio