USD - 1.7 EUR - 1.8744 RUB - 0.0266 TRY - 0.2954 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı olub Bu ayın sonunda TANAP-ın ikinci hissəsinin açılışı keçiriləcək “Azərbaycan tarixi” adlı layihə davam edir
Təhsil Nazirliyi: Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə noyabrın 11-i iş günüdür

Sabah Azərbaycanda Bayraq günü qeyd olunacaq. 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, 11 noyabr tarixi də qeyri-iş günü olacaq. Yəni, şənbə günü də nəzərə alınarsa, ardıcıl olaraq noyabrın 9-u (şənbə), 10-u (bazar) və 11-i (bazar ertəsi) ölkədə qeyri-iş günüdür.

Ancaq bəzi məktəblərdə bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, 6 günlük məktəblərdə bazar ertəsi gününün iş günü olduğu elan edilib. 

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Azərbaycan Respublikasının Dövlət bayrağı günü (9 noyabr) həftənin şənbə gününə, yəni altıgünlük iş həftəsi olan məktəblərdə iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi - noyabrın 11-i həmin məktəblərdə iş günüdür. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio