USD - 1.7 EUR - 1.8796 RUB - 0.0267 TRY - 0.2939 DAHA ÇOX
SON DƏQİQƏ
“Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi”  keçirilib Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb AMEA-nın Tarix İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb Rusiya olimpiya oyunlarında və dünya çempionatlarında iştirak hüququndan məhrum edilib
"ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib

"Son 2 ay müddətində "ASAN xidmət" vasitəsilə 100-dən artıq şəxsə ovçuluq bileti verilib".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, hələlik xarici ölkə vətəndaşlarına ovçuluq biletlərinin verilməsi nəzərdə tutulmur: "Çünki xarici ölkələrin qanunvericiliyi fərqlidir. Ovçuluq bileti sürücülük vəsiqəsinin analoqudur. Artıq şəxs bunu əldə etsə, ovçu sayılır. Bundan sonra müraciət edib, istər quş, istərsə də heyvan ovu ilə məşğul ola bilər".

H.Əlizadə qeyd edib ki, ov icazələri birbaşa vətəndaşın yaşadığı regional idarələrə müraciət edilməklə verilir: "Vətəndaş ovçuluq biletini təqdim edir və icazə alır. Amma onların qiyməti heyvan və quşun növündən asılı olaraq dəyişir. Nazirlər Kabinetinin 176 saylı qərarına əsasən, hər bir quşun, heyvanın ödəmə əmsalı var. Yəni quşun hətta növündən asılı olaraq ayrılıqda öz qiyməti var. Ov edərkən istər yerli, istər xarici vətəndaş ov obyektini nə qədər sayda ovlayıbsa, nə qədər sayda təbiətə ziyan vurubsa cəriməsi də bundan asılıdır. İki min manat cərimədən əlavə, nə qədər ov ovlayıbsa, onun cəriməsi də ödənilir. Təbiətə dəyən zərərin məbləği 400 manat həddini aşarsa, artıq bundan sonra həmin şəxs barəsində cinayət işi başlanılır". 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio