USD - 1.7 EUR - 1.8991 RUB - 0.0271 TRY - 0.294 DAHA ÇOX
SON DƏQİQƏ
İstirahət günlərində gözlənilən hava proqnozu Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib "ASAN xidmət" növbəti sosial rubrikaya start verib - Video
Nazir müavini: "Cəlil Məmmədquluzadənin heykəli Anarın təklif etdiyi yerdə qoyula bilər”

“Bakı şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması ilə bağlı işlər görülür”.

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması işlərinin aparıldığını bildirən nazir müavini C. Məmmədquluzadənin heykəlinin hazırlanması ilə bağlı müsabiqə elan ediləcəyini də qeyd edib: “Heykəli kimin hazırlayacağı məlum olandan sonra ucaldılması ilə bağlı müvafiq işlər həyata keçiriləcək”.

V. Əliyev heykəlin ucaldılacağı məkanın hələ müəyyənləşmədiyini də vurğulayıb: “Yalnız ekspertlərin rəyi nəticəsində heykəlin yeri müəyyənləşdiriləcək. Tağıyevin heykəlinin Bəhram Bağırzadənin təklif etdiyi yerdə qoyulması fikri qəbul olundu. Ola bilsin ki, Anarın verdiyi təklif də ekspertlər tərəfindən qəbul olunsun və heykəl onun dediyi yerdə ucaldılsın”.

Qeyd edək ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşündə AYB sədri, Xalq yazıçısı Anar Bakıda C. Məmmədquluzadənin heykəlinin ucaldılması təklifi ilə çıxış edib. O, bu yaxınlarda yazıçının heykəlinin Qoşa Qala qapısının qarşısında, Mirzə Ələkbər Sabirin heykəlinin yanında qoyulmasını təklif edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio