ASAN Radio xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Gənc Psixoloqlar” ictimai birliyi tərəfindən icra olunan “Yaşamaq gözəldir” layihəsinin ilk təlimi keçirilib.
Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən təlim 23-24 Noyabr tarixlərində Sabirabad rayonu Nizami Gəncəvi adına 5 saylı orta məktəbdə təşkil edilib. Təlimdə iştirak edən Sabirabad rayonunun məktəb psixoloqları yeniyetmə və gənclərin intiharlarının qarşısının alınması üçün faydalı məlumatlar əldə ediblər. 2 gün davam edən təlimdə məktəb psixoloqları ilə yeniyetmə və gənclərin yaş dövrünün xüsusiyyətləri, intihar düşüncələrinin formalaşması və s. mövzular haqqında ətraflı müzakirə aparılıb.
Qeyd edək ki, yeniyetmə və gənclərin intiharlarının qarşısının alınması məqsədi ilə həyata keçirilən “Yaşamaq gözəldir” layihəsi daha 4 rayon - Quba, İmişli, Masallı və Bərdədə təşkil ediləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!