"Vətəndaşlar “myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Etibarnamə vermək üçün vətəndaş “myGov” şəxsi kabinetində “Elektron etibarnamə” bölməsinə daxil olur, yeni etibarnamə üçün müraciət funksiyası vasitəsi ilə prosesə başlayır. Növbəti pəncərədə vətəndaşın qeydiyyatda olan nəqliyyat vasitələri görünür. Nəqliyyat vasitəsi seçilir və əgər nəqliyyat vasitəsinin icbari sığortası yoxdursa, bu məlumat vətəndaşa dərhal bildirilir".
ASAN Radio xəbər verir ki, bunu etibarnamələrin elektron qaydada verilməsi sistemi ilə bağlı keçirilən mətbuat konfransında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
O qeyd edib ki, növbəti mərhələdə etibarnamə veriləcək şəxsin FİN nömrəsi və sürücülük vəsiqəsinin seriya və nömrəsi daxil edilir:
"Əgər etibarnamə verilən tərəfin sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitibsə, bu barədə məlumat verilir və etibarnamə verilə bilməyəcəyi bildirilir. Sonra etibarnamənin müddəti seçilir. Həmçinin bu mərhələdə həmin etibarnamə üzrə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin başqa şəxsə verilib verilə bilməyəcəyi də seçilir. Sonra - şəxsiyyət təsdiqetmə mərhələsində vətəndaşın doğum yeri və tarixi, qarşı tərəfin mobil nömrəsi və ya digər təsdiqedici məlumatlar təqdim olunduqdan sonra ödəniş funksiyası aktivləşir. Vətəndaş “ASAN ödəniş” sistemi üzərindən ödəniş edib prosesi tamamlayır. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir. Sonda vətəndaşın şəxsi kabinetinə bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!