Noyabrın 21-də Bakı Dövlət Universitetinin 3 tələbəsinin zəhərlənməsi hadisəsinin onlara universitet tərəfindən verilən ödənişsiz "yemək" kartı ilə, eləcə də universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur.
Azvision.az xəbər verir ki, bunu universitetin rektoru Elçin Babayev deyib. O, zəhərlənmənin tələbələrin həmin kartla universitetin yataqxanasından aldığı yeməyin qəbulu nəticəsində baş verdiyini inkar edib:
"Birmənalı olaraq, bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir, yataqxananın məhsulları da keyfiyyətlidir. Bunları biri-biri ilə əlaqələndirmək qərəzlidir".
E.Babayev bu gün iki tələbənin zəhərlənməsi barədə məlumatlara da münasibət bildirərək qeyd edib ki, hadisə tələbə yataqxanasında deyil, tələbələrin kirayə yaşadıqları evdə baş verib:"Məsələləri şişirtmək lazım deyil. Çünki bu, hamı üçün psixoloji təsirdir. Onlardan biri bizim, digəri isə başqa universitetin tələbəsidir''.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!