USD - 1.7 EUR - 1.8868 RUB - 0.0276 TRY - 0.287 DAHA ÇOX
SON DƏQİQƏ
Ölkə əhalisinin sayı açıqlanıb Azərbaycanda ötən il orta aylıq əməkhaqqı 15%-dən çox artıb Vilayət Eyvazov: "Yol polisi hərəkət iştirakçıları ilə ünsiyyətdə kobud rəftardan çəkinməlidir" Sabahdan kirayə mənzillər üçün elektron müraciətlərin qəbuluna başlanılır Yeni Yasamalda yeni yol bağlantısı yaradılır
S.İbrahimbəyli və "Terpsihora" adlı filmi: Aİ-nin Azərbaycanda gender bərabərliyinin qorunmasına dəstəyi haqqında - AUDİO

Gender bərabərliyi sahəsində görülən işlər Aİ-nin Azərbaycandakı fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. Bütün ölkədə bu istiqamətdə çoxlu sayda layihələr icra olunur.

"Terpsihora" sənədli filmi Avropanın "Açıq Media Mərkəzi" layihəsi tərəfindən dəstəklənən uğurlu layihələrdən birinə çevrilib. Noyabr ayının sonlarında adı çəkilən filmin prodüseri Sitarə İbrahimbəyli ASAN Radio-da “Beynəlxalq qadınlara qarşı zorakılığa qon qoyulması gününə” həsr olunmuş verilişin qonağı olub.

Terpsihora yunan mifologiyasında rəqs ilahəsinin adıdır. Azərbaycan cəmiyyətində mövcud olan gender problemlərini özündə cəmləşdirən film, sosial təzyiqlərdən və çoxsaylı maneələrdən keçmiş, güclü və müstəqil şəxsiyyət olmağı bacaran bir qadının gerçək hekayəsi əsasında çəkilmişdir.

Sitarə İbrahimbəylinin sözlərinə görə, filmin baş qəhrəmanını tapmaq elə də asan olmayıb: "Azərbaycanda gender ilə əlaqəli problemlərlə üzləşən qadınların sayı çoxdur, lakin onların əksəriyyəti kamera qarşısında öz hekayəsini açıq şəkildə danışmaqdan boyun qaçırır".

Gender bərabərliyinin qorunmasında fəallıq nümayiş etdirən Sitarə İbrahimbəyli hesab edir ki, doğulub-böyüdüyü bölgədən asılı olmayaraq hər bir azərbaycanlı qadın bu və ya digər dərəcədə gender stereotipləri ilə üzləşir. Onun fikrincə, ən geniş yayılmış stereotip "İnsanlar nə deyəcək ..." sözləri ilə izah edilən qadınlara qarşı müxtəlif növ məhdudiyyətlər və qadağalardır.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Simona Qattinin sözlərinə görə, gender bərabərsizliyi problemi bütün dünya ölkələrində, o cümlədən Aİ-yə üzv ölkələrdə də aktualdır.

Aİ-nin Azərbaycanda gender bərabərsizliyinə qarşı mübarizə üzrə layihələri iki istiqamətdə - peşəkar hüquqi yardım vasitəsilə qadınlara dəstək olmaqla, eləcə də qadınların sosial-iqtisadi rolunun artırılması vasitəsilə həyata keçirilir. Bunu ASAN Radio-nun efirində Aİ-nin Azərbaycandakı Nümayəndəliyində gender məsələləri ilə bağlı layihələrin kuratoru Məryəm Hacı-İsmayılova bildirib. Onun verdiyi məlumata əsasən, son 10 ildə Avropanın dəstəyi sayəsində Azərbaycanda 10 minə yaxın qadına kömək edilib.

Müsahibəyə tam şəkildə podkastda qulaq asa bilərsiniz:

https://soundcloud.com/user-577060887/eu-supports-gender-equality-in-azerbaijan

***

Ситара Ибрагимбейли и ее фильм «Терпсихора»: как ЕС поддерживает гендерное равенство в Азербайджане – АУДИО

Усилия в области гендерного равенства являются одним из неотъемлемых элементов работы Евросоюза в Азербайджане. В этом направлении реализуется большое число проектов по всей стране.

Документальный фильм «Терпсихора» стал одним из успешных проектов, поддержанных европейской инициативой «Open Media Hub». В конце ноября продюсер фильма Ситара Ибрагимбейли стала героем эфира ASAN Radio, посвященного Международному дню борьбы за ликвидацию насилия в отношении женщин.

Терпсихора – муза танцев в греческой мифологии. В основу фильма, который раскрывает существующие в азербайджанском обществе гендерные проблемы, легла реальная история одной женщины, которая прошла сквозь общественное давление и многочисленные препятствия, сумев став сильной и независимой личностью.

По словам Ситары Ибрагимбейли, найти главную героиню было непростой задачей: «В Азербайджане есть множество женщин, которые сталкиваются с проблемами гендерного характера, однако очень мало тех, кто был бы готов открыто рассказать свою историю перед камерой».

Активный борец за гендерное равенство, Ситара Ибрагимбейли считает, что со стереотипами гендерного характера в той или иной степени сталкивается каждая азербайджанская женщина, независимо от того, в каком регионе она родилась и выросла. Самым распространенным стереотипом она считает различного рода ограничения и запреты в отношении женщин, которые объясняются невнятным «Что скажут люди…».

По словам представителя Делегации ЕС в Азербайджане Симоны Гатти, проблема гендерного неравенства актуальна для стран всего мира, в том числе и для стран Евросоюза.

Проекты ЕС по борьбе с гендерным неравенством в Азербайджане реализуются в двух направлениях – поддержка женщин через предоставление профессиональной юридической поддержки, а также повышение социально-экономической роли женщины, сказала в эфире ASAN Radio куратор проектов Делегации ЕС по гендерным вопросам Марьям Хаджи-Исмайлова. По ее данным, благодаря европейской поддержке за последние 10 лет удалось помочь около 10 тысяч женщин в Азербайджане.

Полное интервью можно послушать в подкасте:

https://soundcloud.com/user-577060887/eu-supports-gender-equality-in-azerbaijan

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio