Azərbaycan Respublikası Gənclər Fondunun 12-ci qrant müsabiqəsinin qaliblərindən biri olan “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən icra olunan “Yaşamaq Gözəldir” layihəsinin icrası yekunlaşıb.
ASAN Radionun xəbərinə görə, dörd ay davam edən layihənin əsas məqsədi regionlarda yeniyetmə və gənclərin intihar hallarının qarşısının alınması məqsədilə məktəb psixoloqlarının maarifləndirilməsi və onların köməkliyi ilə həmin regionlarda profilaktik işlərin təşkil edilməsi olub.
Layihə çərçivəsində 5 regionda - Sabirabad, Quba, Bərdə, Masallı və Qəbələdə təlimlər keçirilib. Təlimlərdə iştirak edən psixoloqlar yeniyetmə və gənclərin intiharlarının qarşısının alınması üçün faydalı məlumatlar əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin də tərəfdaş olduğu layihədə ümumilikdə 125 məktəb psixoloqu iştirak edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!