"Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasına 2000-ə yaxın müraciət edilib və onların hamısına müsbət cavab verilib".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, onlardan 1630-a yaxını yerli müşahidəçilərdir: "Təxminən 70-ə yaxın beynəlxalq müşahidəçilərdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, MDB-nin Müşahidə Missiyası artıq fəaliyyətə başlayıb. O cümlədən İtaliya, Çexiya, Litva Seyminin, müxtəlif ölkələrim seçki komissiyalarının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçiblər. Amma proses sürətlə gedir və say artacaq. Qeyd edim ki, bələdiyyə seçkilərində yerli müşahidəçilərin sayı 52 mindən çox idi. Bu seçkidə də müşahidəçi baxımından problemimiz olmayacaq".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!