USD - 1.7 EUR - 1.9288 RUB - 0.024 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
Düşmənin uzunmüddətli atəş nöqtəsi məhv edilib – VİDEO Azərbaycanda son sutkada 543 nəfərdə COVID-19 aşkarlanıb, 510 nəfər sağalıb, 6 nəfər vəfat edib Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - Video Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb Daha 350-dən çox azərbaycanlı Rusiyadan təxliyə olunub
“İrəvan xanlığı” kitabı alman dilində də nəşr olundu

Yanvarın 13-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının alman dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Tarix İnstitutundan ASAN Radioya verilən məlumata görə, “İrəvan xanlığı” kitabı Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Kitabın elmi redaktoru və layihə rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, tərcüməçisi və redaktoru isə filologiya elmləri doktoru, professor, Aleksandr fon Humboldt Fondunun laureatı Səadət Zeynalovadır. Yaqub Mahmudov kitaba “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” adlı geniş ön söz yazıb.

Təqdimat mərasimini giriş sözü ilə açan Yaqub Mahmudov yeni nəşrin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib. O, bu kitabın indiyədək bir sıra dillərə - türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərinə tərcümə olunduğunu qeyd edib.

Akademik deyib ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir.

Alimlər Tofiq Mustafazadə, Kərim Şükürov, Güntəkin Nəcəfli, Hacı Həsənov və Səadət Zeynalova müasir Ermənistan dövlətinin ərazisinin qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Tədbirdə bildirilib ki, “İrəvan xanlığı” kitabı müxtəlif dünya dillərinə tərcümə edilib və nəşrin İtaliyada, Rumıniyada, Misirdə, Küveytdə və digər ölkələrdə təqdimatı keçirilib. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Prezident İlham Əliyev bütün bu uğurlara görə Tarix İnstitutunun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Tədbir çərçivəsində İrəvan xanlığına həsr olunan videoçarx nümayiş etdirilib.

Almandilli oxuculara təqdim olunan kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, sərhədləri, inzibati bölgüsü, idarəçilik sistemi, mədəniyyəti və xarici siyasətindən, çar Rusiyasının işğalçılıq planlarından, xanlığın çar Rusiyası tərəfindən ələ keçirilməsindən, işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin Qacarlar İranından və Osmanlı imperiyasından kütləvi surətdə köçürülmələrindən, İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsindən bəhs edilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio