USD - 1.7 EUR - 1.9847 RUB - 2.1795 TRY - 0.0423 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Azərbaycan “Tech Diaspora”sı yaradılır

Azərbaycan Repspublikasının Prezidenti İlham Əliyevin apardığı İqtisadi siyasətin tərkib hissəsi olaraq  ölkəmizdə startap ekosisteminin formalaşması və inkişaf prossesi sürətlə davam edir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq məqsədilə bir sıra uğurlu işlər həyata keçirilir. 

ASAN Radio xəbər verir ki, bu prossesə təkan vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Azərbaycan “Tech Diaspora”sı yaradılır. Əsas hədəflər Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.  

Bu məqsədlə San-Fransisko şəhərindən Qərib Mehdiyev və Emin Şərifov, Berlin şəhərindən Nail Vəliyev və Bakı şəhərindən Məmməd Kərimov olmaqla 4 nəfərdən ibarət təşkilat komitəsi, həmçinin Azərbaycanda və dünyanın bir sıra ölkələrində yaşayan həmyerlilərimizdən ibarət 21 nəfərlik təşəbbüs qrupu yaradılmışdır (Təşəbbüs qrupunun üzvləri mətnin sonunda göstərilib). Yaradılmış təşəbbüs qrupuna “INNOLAND” və “Next Step” administrativ dəstək göstərir.

“Tech Diaspora”nın nümayəndəlikləri ilkin olaraq startap ekosisteminin inkişaf etdiyi Bakı, Berlin və San-Fransisko şəhərlərində fəaliyyətə başlayacaq.

Bununla əlaqədar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi”nin yaradılması nəzərdə tutulub. Ölkəmizin innovasiyalar və texnoloji inkişafın mərkəzinə yaxın olması məqsədi ilə fəaliyyətə başlayacaq  “Azərbaycan İnnovasiyalar Evi” Silikon Vadisində və yaxın ərazidə yaşayan və innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların bir araya gətirilməsi burada “Tech Diaspora”nın fəaliyyətinin formalaşmasına təkan verəcək.

“Tech Diaspora”nın təşkil edilməsi, həmçinin yerli startaplara xarici investisiyaların cəlb edilməsi istiqamətində önəmli addım olacaq. Prosesin həyata keçirilməsi ölkəmizin daha çox innovasiyaya yatırım edən və intellektual məhsul ixrac etmə potensialı olan ölkə kimi mövqeyini möhkəmləndirmək məqsədi daşıyır. 

Diasporaların fəaliyyəti, eləcə də innovativ texnoloji sahədə olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq. 

 

“Tech Diaspora”nın yaradılmasının təşəbbüs qrupunun üzvləri:

Qərib  Mehdiyev - WeTravel, həmtəsisçi  (SF)

Fuad Məlikov - Hazelcast, həmtəsisçi (SF)

Emin Şərifov - Expedia Qrup (SF)

Tural Bədirxanlı - Namomedia, Twitter (SF)

Teymur Sadıxov -  Silicon Valley Technology Consulting Group (SF)  

Altay Əliyev - Amazon, baş proqram mühəndisi (LX)

Vüsal Dadaşov -  Uber, baş proqram mühəndisi (LX)

Aslan Bəkirov -  Facebook, istehsal mühəndisi 

Şəfi Rəsulov  - Google, proqram mühəndisi 

Rüstəm Əliyev - OneDome, həmtəsisçi (UK) 

Nail Vəliyev - Sport total (GE) 

Anar Hacıyev - NMS, həmtəsisçi (NY) 

Şəhriyar Məmmədov - OpenGov Inc., DevOps

Araz Cavadov - Walmart eCommerce, məhsul meneceri

Aytəkin Əliyeva  - Femigrants platforması qurucusu (SF)

Elşad Abbasov - Next Step, Tech Academy, həmtəsisçi (AZ) 

Anar Əligulov - Next Step, Tech Academy, həmtəsisçi (AZ) 

Məmməd Kərimov - “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin  direktoru (AZ) 

Tağı Tağızadə - “İnnovasiyalar Mərkəzi”nin direktoru (AZ) 

Fərid Musayev - Khazar Ventures (AZ) 

Samir Məmmədov - “Sand Hill Angels” qrupunun üzvü, “Global Innovation Catalyst”ın tərəfdaşı, “Tech Academy”nin həmtəsisçisi  (AZ)

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!