USD - 1.7 EUR - 1.884 RUB - 0.0275 TRY - 0.2864 DAHA ÇOX
SON DƏQİQƏ
Nazirlik havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub Prezidentin köməkçisi Qarabağ problemi, Aİ ilə münasibətlər barədə Nazirlik əhaliyə xəbərdarlıq etdi - Hava şəraiti dəyişir
Nizaməddin Quliyevin oğlu vəzifəsindən azad edildi

Ağstafa rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu vəzifəsindən azad edilib.

Azvision.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, Ramal Quliyev özünün müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Ramal Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.

Xatırladaq ki, ötən il dekabrın 19-da Nizaməddin Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio