USD - 1.7 EUR - 1.9952 RUB - 2.1757 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“ASAN Peşə” kurslarını bitirənlərə sertifikatlar verilib- FOTOLAR

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir.

ASAN Radio xəbər verir ki, İmişli “ASAN Həyat” kompleksində ABAD təlimçiləri vasitəsi ilə 2019-cu ilin sentyabr və dekabr ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 28 şəxsə həm nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları başa vuran şəxslərə sertifikatlar təqdim olunub.

Təlimlər tələbata müvafiq 3 fərqli sahə üzrə aparılıb: dərzilik, İKT və aqrar sənaye. İştirak üçün yaş məhdudiyyəti yoxdur və ödənişsiz şəkildə təşkil olunur.

"ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.

Təlimlər davam edir. Mütəmadi xarakter daşıyan İT sahəsi üzrə təlimlər Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. İT təlimlər bu ildən daha da genişləndiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!