USD - 1.7 EUR - 1.8397 RUB - 0.0265 TRY - 0.2782 DAHA ÇOX
SON DƏQİQƏ
Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdü Yeddi qurumun rəhbər şəxsləri “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib Azərbaycanda iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib - RƏSMİ Nazirlər Kabineti: Əhaliyə xüsusi zərurət olmadığı hallarda İrana səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunur
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?

Yanvarın 17-dən etibarən deputatlığa qeydə alınmış namizədlərin seçkiqabağı təşviqatına start verilib.

AZƏRTAC xəbər verir ki, secki-2020.az saytı təşviqat zamanı deputatlığa qeydə alınmış namizədlərin qanun çərçivəsində hansı fəaliyyət göstərəcəyi barədə araşdırma aparıb.

Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır. Konstitusiyanın 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

Seçki Məcəlləsinin 74.2-ci maddəsi seçkiqabağı təşviqatın hansı üsullarla aparıla biləcəyini müəyyənləşdirir.

Seçki öncəsi təşviqat kütləvi informasiya vasitələri ilə aparıla bilər. Bundan başqa kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə da təşviqatın aparılmasına qanunla icazə verilir. Seçkiqabağı təşviqat, həmçinin aşağıdakı formalarda da aparıla bilər.

Çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu və qanunla qadağan edilməyən digər üsullarla.

Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radioverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir.

Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.

Seçki Məcəlləsinin 74.4-cü maddəsi seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilən şəxslərin siyahısı ilə bağlıdır.

Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara, seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilir.

Bu Məcəllə ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.

Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına könüllü ianə ayırmaq yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:

Xarici dövlətlərə və xarici hüquqi şəxslərə, xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə, 18 yaşına çatmamış vətəndaşlara, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında bu Məcəllənin 90.2.1, 90.2.2 və 90.2.3-cü maddələrində göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə, beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara, dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına, dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə, hərbi hissələrə, xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara, anonim ianə köçürənlərə.

Anonim ianə dedikdə, vətəndaş üçün — soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün — vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlər və ya qeyri-düzgün göstərənlər başa düşülür. Bu barədə Seçki Məcəlləsinin 90.2-ci maddəsində qeyd olunub.

Qeyd edək ki, təşviqat kampaniyası fevralın 8-dək davam edəcək. Azərbaycanda Milli Məclisə seçkilər isə fevralın 9-da keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio