USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Əli Əhmədov: “20 Yanvar faciəsi xalqımıza qarşı törədilən qanlı cinayətdir”

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

ASAN Radionun xəbərinə görə, tədbirdə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP sədrinin müavini Əli Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisin deputatları, YAP üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri YAP sədrinin müavini-icra katibi Əli Əhmədov açaraq deyib ki, 20 Yanvar faciəsi sadəcə olaraq Azərbaycan xalqının başına gətirilən faciə deyildi, bu, xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi: “Bu cinayəti törədən də o zamankı sovet imperiyası və sovet imperiyasının rəhbərliyində duranlar idi. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tarixdə törədilən cinayətlərə görə cavab verilməməsi hallarına, demək olar ki, rast gəlmək mümkün deyil. Yəqin ki, 20 Yanvar faciəsi yeganə haldır ki, bu faciəni və qırğını tördənlərin heç biri bu günə qədər cavabını almayıblar. Azərbaycan xaqının ümummilli lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə onun əsl baiskarı və səbəbkarını, o zamanlar Sovet İttifaqına rəhbərlik edən Qorbaçovu ciddi şəkildə ittiham etdi və bu faciəyə qiymət verilməsi tələbini irəli sürdü”. 

Onun sözlərinə görə, 30 il bundan əvvəl törədilən faciə, sadəcə olaraq, Azərbaycan tarixinin hüzn günü kimi qeyd edilməli deyil: “Bu, Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. Faciədən 30 il ötür, bu gün Azərbaycan müstəqil dövlətdir, həmin faciə törədiləndən təqribən bir il sonra sovet hakimiyyəti çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu. Bu gün ayrıca olaraq vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş şəhidlərimizin də böyük rolu var. Azərbaycan xalqı 20 Yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında vurğulayıb ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə qanlə yanvar faciəsi kimi yazılıb: “1990-cı il 20 Yanvar hadisələri sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi sahəsində ilk və mühüm tarixi addımlarını təmin edən ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar əlillərinin, şəhid ailələrinin, hərtərəfli qayğı ilə əhatə olunması üçün mühüm qərarlar qəbul edilib".

Tədbir çıxışlarla davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!