USD - 1.7 EUR - 1.8352 RUB - 0.0265 TRY - 0.2784 DAHA ÇOX
SON DƏQİQƏ
“Hamı Qarabağ, “Qarabağ Azərbaycandır!” - Azərbaycanlılar bu gün Berlində toplanır Hava limanında koronovirusa görə nəzarət gücləndirilib Tofiq Zülfüqarovun iştirakçısı olduğu yol qəzası ilə bağlı sürücüyə bəraət verilib Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanışlıq İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
Sabahdan temperatur 18 dərəcə aşağı düşəcək - Nazirlik xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

ASAN Radio xəbər verir ki, Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, bir müddət davam edən anomal isti hava şəraitindən sonra fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir. Fevralın 9-dan 10-u gündüzədək küləyin maksimal sürəti 30-35 m/s, bəzi ərazilərdə 38-40 m/s-dək şiddətlənəcək.

Bu müddətdə əhaliyə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı tövsiyə edirik.

Bakıda və Abşeronda: fevralın 8-də gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 15 -18 dərəcə aşağı enəcək. 9-da gündüz 0-3 dərəcə isti, axşama doğru və 10-na keçən gecə və səhər 0-4 dərəcə şaxta olacağı gözlənilir. Buna görə də 9-dan 10-na, və 10-dan 11-nə keçən gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında: fevralın 07-si axşam şimal və qərb rayonlarından başlayaraq 11-dək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyinin güclənəcəyi, arabir şiddətlənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimalı var.

Hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq, meteohəssas insanların da səhhətlərinə qarşı diqqətli olmasını tövsiyə edirik.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio