USD - 1.7 EUR - 1.8427 RUB - 0.022 TRY - 0.2563 DAHA ÇOX
SON DƏQİQƏ
Aprelin 5-dən evdən çıxmaq SMS icazə ilədir Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verilib DYP sürücülərə təhlükəsizlik kameraları vasitəsilə cərimə tətbiq edilməsinə dair məlumatlara münasibət bildirib Məleykə Abbaszadə abituriyent, müəllim və valideynlərə müraciət edib Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
ABŞ səfiri Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ səfirliyinin "Facebook" hesabında səfirin təbriki ilə bağlı videomüraciət yayılıb.

Səfir bildirib ki, bu gün Azərbaycan ən əziz bayramlarından biri olan Novruz bayramını qeyd edir: “Çox güman ki, azərbaycanlılar üçün köhnə ilin sonu və yeni ilin başlanğıcını simvolizə edən Novruzdan vacib heç bir bayram yoxdur. Novruz günlərində Azərbaycan xalqı qarşıdan gələn baharı gözəl qədim ənənələri ilə salamlayır. Bu il bir çox azərbaycanlılar koronavirusun yayılmasının qarşısını almaq üçün Novruzu fərqli qeyd edəcəklər. Qlobal vətəndaşlar olaraq hamımzın sağlam qalması üçün əlimizdən gələni etməliyik. Asqıranda və öskürəndə ağzınızı qolun dirsək hissəsi ilə tutmalı, əllərimizi tez-tez yumalı və əgər xəstələnmişiksə, evdə qalmalıyıq. Ümid edək ki, bu Novruz hamıya barış, firavanlıq və xüsusilə cansağlığı gətirəcək. Novruz bayramınız mübarək!".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio