USD - 1.7 EUR - 1.858 RUB - 0.0238 TRY - 0.2502 DAHA ÇOX
SON DƏQİQƏ
Vladimir Zelenski Azərbaycan Prezidentə təbrik ünvanlayıb İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib Albaniya Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb   Estoniya Prezidenti Azərbaycan Prezidentinə təbrik göndərib Masallıda "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanılıb
Paytaxtın əsas küçə və prospektlərində gücləndirilmiş dezinfeksiya işləri görülür

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə tədbirlər davam edir.

ASAN Radio xəbər verir ki, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 16-da səhər saatlarından başlayaraq paytaxtdakı 300-dən çox əsas küçə və prospektdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq üçüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilməyə başlanıb.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılır.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verir, nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində fəal iştirak edirlər.

Paytaxtın kommunal xidmətlərinin 2 min nəfərdən çox əməkdaşı dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərində də tibbi-profilaktiki işlər görürlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio