“Bakı Tikiş Evi” (BTE) hazırda işləmir və nə zaman açılacağı barədə məlumatlı deyiləm.
Bu barədə Azvision.az -a açıqlamasında BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.
BTE rəsmisi 64 işçinin koronavirusa yoluxmasına aydınlıq gətirərək bildirib: “Bir nəfər həkim koronavirusa yoluxub, həmin həkim bizim işçimiz olan anasını yoluxdurub və beləliklə işçilər arasında yoluxma baş verib. Koronavirusa yoluxan işçilərimiz karantinə yerləşdirilib və tezliklə hamısı evə buraxılacaq. Hazırda fabrik işləmir”.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı "Bakı Tikiş Evi"ndə 64 nəfərin, "Baku Steel Company"də isə 48 nəfərin koronavirusa yoluxduğunu bildirib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!