“Biz xalqı bütün viruslardan və zərərvericilərdən qorumalıyıq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı millət vəkili Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, həmkarı Siyavuş Novruzovun fikirləri ilə razıdır: “Azərbaycan koronavirusla mübarizədə ən az itki vermiş ölkələr sırasındadır. Vətəndaşların sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın qorunması məqsədilə büdcədən vəsait ayrılıb. Koronavirusla mübarizə fonduna da kifayət qədər çox məbləğ yığılıb. Prezident İlham Əliyevin irəli sürdüyü “Biz birlikdə güclüyük” şüarı bu günün və gələcəyin himninə çevrildi”.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, Naxçıvana gediş-gəlişlə bağlı məsələ ciddi problemə çevrilib: “Bu gün pis vəziyyətdə qalan insanlar var. Ona görə təklif edirəm ki, təcili şəkildə 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər. Digər tərəfdən ensklopediya sahəsində bizim problemlərimiz qalmaqdadır. Bu sahəyə çox naşı münasibət var. Bu sahədə nizam yaradılması çox vacibdir”.
Millət vəkili Elman Nəsirov qeyd edib ki, ABŞ-da əyləşib antiazərbaycan fəaliyyəti göstərən sapı bizdən olan baltalar var: “Ancaq ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentini Müstəqillik günü münasibətilə təbrik etdi. Təbrik məktubunda ilk cümlə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı idi. Azərbaycanda gedən islahatlar kursu okeanın o tayında da diqqətlə izlənilir. Donald Trampın məktubunda da bu ifadələrə yer verilməsi təsadüfi deyil”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!