USD - 1.7 EUR - 1.909 RUB - 0.0241 TRY - 0.248 DAHA ÇOX
SON DƏQİQƏ
5 nəfərdən artıq qruplarda cəmləşmək qadağandır - İstisna var  Azərbaycan XİN ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib DOST mərkəzlərinin xüsusi karantin günlərində iş rejimi ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır Kamran Əliyev: Sərt karantin rejimi elan olunan ərazilərdə hərəkətə nəzarət gücləndirilib
QMİ: Bu il məscidlərdə bayram namazı qılınmayacaq

Qafqaz Müsəlmanları İdarəsi ilə Şamaxı Astrofizika Rəsədxanasının Ramazanla bağlı təqviminə əsasən sabah Azərbaycanda bayram gününə təsadüf edir. Əgər bayramla bağlı qeyri-adi nələrsə baş verərsə onda xalqa məlumat veriləcək.

Bunu ASAN Radioya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. O bildirib ki, bu axşam axşamına, sabah isə bayram gününə təsadüf edir:

“Bayram günü oruc tutmaq haramdır. Əgər insan bilirsə ki, bayram günüdür o gün oruc tuta bilməz. Çünki istər Ramazan, istərsə də Qurban bayramında oruc tutmaq haramdır, qadağandır. Əgər şərait varsa, insanlar bayram namazına qatıla bilirlər, camaatla birgə namaz qılırlar. Əslində bayram namazları camaatla birgə qılınmalıdır. Buna şərait yoxdursa, insanın evində ailəsi ilə birgə iki rükət bayram namazı qılması savabdır. İnsan oruc halda bayram namazı qıla bilməz. Gərək orucunu açsın, daha sonra bayram namazını qılsın. Sübh namazından Zöhr namazına qədər olan müddətdə bayram namazı qılına bilər. Bayram axşamı çıxarılan Fitrəni də bildiyi, tanıdığı yoxsul insana verə bilər, bunun üçün ən gözəl vaxt Zöhr namazına qədər olan müddətdir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio