USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
icaze.e-gov.az portalı yenidən aktivləşdirilib

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının faaliyyəti yenidən aktivləşdirilib.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ASAN Radioya verilən məlumata görə, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

Xüsusi karantin rejimi müddətində əməkdaşlar üçün icazənin alınması ilə bağlı qeydiyyatdan keçmiş dövlət və özəl təşkilatların portaldan istifadə rahatlığının, vaxt və resurlara qənaətinin təmin edilməsi məqsədi ilə icaze.e-gov.az portalında fəaliyyətinə icazə verilmiş qurumların əməkdaşlarının icazələri ləğv edilməyib. Belə ki, dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsləri portala daxil olaraq sistemdə qeyd edilmiş əməkdaşın adının qarşısında “Aktivləşdir” düyməsini sıxaraq icazəsini yenidən aktivləşdirə bilərlər. Adları sistemdə olmayan əməkdaşların məlumatları isə icazə alınması üçün portala daxil edilməlidir. Yalnız Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin əməkdaşlarının icazələri aktivləşdirilə bilər. Bu səbəbdən dövlət və özəl təşkilatlara əməkdaşlarının icazələrini aktivləşdirməmişdən öncə fəaliyyət sahələrinə Nazirlər Kabineti tərəfindən icazə verildiyinə əmin olmaları tövsiyə olunur.

Vətəndaşlar mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər. Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçə, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilər.

Portaldan istifadə qaydaları ilə bağlı videotəlimat: https://youtu.be/gwMzT4YrF7s 

Ətraflı məlumat üçün 108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!