USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət” sayəsində ölkəmizdə ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib

Son illər ölkəmizdə elektron hökumət sahəsində mühüm irəliləyişlər müşahidə olunur. Şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılması hökumətimiz qarşısında duran əsas hədəflərdəndir. Bu istiqamətdə ən mükəmməl layihələrdən biri də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (ASAN xidmət). Burada əsas məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

Agentliyin qısa müddətdə mühüm uğurlara imza atdığını qeyd edən deputat deyib: “Əsasən gənclərdən ibarət bu qurumun fəaliyyəti sayəsində Azərbaycan dünyanın bir çox ölkələri üçün nümunədir və tətbiq olunan model Azərbaycan brendi hesab olunur. “ASAN xidmət” sayəsində ölkəmizdə ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib və innovasiyaların inkişafına çox böyük təkan verilib. Bu qurum hətta beynəlxalq araşdırmaların diqqət mərkəzinə çevrilib”.

R.Mahmudov qısa müddət ərzində ölkəmizdə 19 “ASAN xidmət” mərkəzinin istifadəyə verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, daha səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Dünyada analoqu olmayan bu modelin üstünlüklərindən ən əsası budur ki, o, birbaşa vətəndaşlarla dövlət arasında əlaqələrin yaxınlaşmasına xidmət edir. İctimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbidir. “ASAN xidmət” mərkəzləri də məhz bu zərurətdən yaradılıb. Bundan başqa, qurum həm də əhalinin həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən vasitələrdən biridir. Bu cür mərkəzlərin tamam yeni fəlsəfədə tətbiq olunması təkcə ictimai xarakter daşımır, eyni zamanda, siyasi sabitliyə xidmət edir.

“Mən “ASAN xidmət” mərkəzlərinin sərrast iş prinsipləri, keyfiyyət standartları və personalın seçim qaydalarından tutmuş şəbəkənin genişləndirilməsinə qədər bütün fəaliyyəti Azərbaycan dövlətinin öz vətəndaşına müasir standartlar çərçivəsində və sivil qaydada yanaşmasından irəli gəlir. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini uğurla təmin edir və vətəndaşlarımız əvvəllər müxtəlif dövlət orqanlarından əldə etdikləri xidmətləri yalnız bir ünvana - “ASAN xidmət” mərkəzinə müraciət edərək ala bilirlər. Bu gün avropalılar da bu sistemin tətbiqinin yaxşı nəticələrini bildirirlər”, -deyə Milli Məclisin deputatı fikrini yekunlaşdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!