Bu gün Respublikanın keçmiş baş psixiatrı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ağabəy Sultanovun anım günüdür. Ağabəy (Hacıağa) Haşım oğlu Sultanov 2007-ci il iyunun 12-də ömrünün 72-ci ilində vəfat edib.
Ağabəy Sultanov 1936-cı il fevralın 22-də Bakı şəhərində anadan olub. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olub. 1960-cı ildə ali təhsilini başa vuran Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlayıb. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil alıb. O, 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləmiş, 1990-cı ildən isə kafedranın müdiri olmuşdur. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibb kadrlarının yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində göstərdiyi səylərə görə ictimaiyyətin dərin hörmət və ehtiramını qazanıb.
Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. O, psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir. Alimin əsərləri respublikamızda və onun hüdudlarından kənarda mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri olub.
Ağabəy Sultanov dünyanın bir çox ölkəsində müxtəlif beynəlxalq konfrans və simpoziumlarda iştirak edib, psixiatriyanın aktual problemlərinə həsr olunmuş çıxışları ilə tibb elminin inkişafına layiqli töhfələr verib.
O, Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda psixiatriya üzrə koordinatoru, Azərbaycan Tibb Universitetinin xüsusi elmi şurasının, psixiatriya və nevrologiya problemləri üzrə komissiyasının sədri kimi də tibb elminin inkişaf etdirilməsində qüvvə və bacarığını əsirgəməyib.
Ağabəy Sultanov respublikamızın ictimai həyatında fəal iştirak edib, əhali arasında tibbi biliklərin yayılmasında və onun maarifləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərib. Keçid dövrünə xas çətinliklərin insanlara mənəvi-psixoloji təsiri daim alimin diqqət mərkəzində olub. Həqiqi ziyalı məfkurəsinin daşıyıcısı olan Ağabəy Sultanovun mətbuatda və müxtəlif telekanallarda Azərbaycan xalqının mədəni irsinə, tanınmış şəxsiyyətlərin həyat yoluna və cəmiyyəti narahat edən məsələlərə dair çıxışları böyük rəğbətlə qarşılanıb.
Ağabəy Sultanovun xidmətləri yüksək qiymətləndirilib. O, bir çox mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
XƏBƏR LENTİ
İyun 20,2025 10:21
İyun 17,2025 15:59
İyun 17,2025 15:52
May 08,2025 19:28
Fevral 24,2025 17:44
Fevral 24,2025 17:41
Fevral 10,2025 15:24
Dekabr 14,2024 14:24“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!