“Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb.
ASAN Radionun məlumatına görə, bu, Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 128 nömrəli Qərarına dəyişiklikdə yer alıb.
Qüvvədə olan qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək, başqa sözlə iyunun 1-dək uzadılmışdı.
Dəyişikliyə əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək uzadılıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!