“E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib.
ASAN Radionun məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.
“E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:
- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;
- giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinədaxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
- “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:
1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;
2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
3. icazənin növü seçilir (1 və ya 2);
4. “Göndər” düyməsi sıxılır;
- “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə
mesajı ekranda görünür;
- “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!