Birləşmiş Millətlər Təşkilatının (BMT) 75-ci ildönümü ilə əlaqədar başlanmış qlobal sorğu davam edir. Bir dəqiqə sürən sorğunun iştirakçıları qlobal problemlər və onların çözüm yollarına dair fikirlərini bildirmək, eləcə də BMT-nin baş katibinə konkret təkliflər verə bilərlər.
Qeyd edək ki, sorğunun nəticələri bu ilin sentyabrın 21-də Nyu-Yorkda BMT-nin 75 illiyinə həsr olunmuş sammitdə dünya liderlərinə və BMT rəsmilərinə təqdim olunacaq. Bundan başqa, sorğu iştirakçılarının cavabları hazırlanmaqda olan “Vision 2045” (Baxış 2045) qlobal sənədinin əsasını təşkil edəcək.
Azərbaycan dilinə tərcümə olunmuş sorğuda iştirak etmək üçün: https://un75.online/?lang=aze.
Sosial media üçün:
Azərbaycanın səsini dünyaya eşitdirmək üçün önəmli fürsət!
BMT-nin 75-ci ildönümü̈ ilə bağlı sorğuda iştirak edin və təkliflərinizi verin:
https://bit.ly/2VZLzkd
Rəy və təklifləriniz bu bilin sentyabrın 21-də keçiriləcək BMT sammitində dünya liderlərinin diqqətinə çatdırılacaq.
#UN75 #ShapingOurFuture #BeTheChange
XƏBƏR LENTİ