USD - 1.7 EUR - 1.9961 RUB - 2.1625 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Prezident xanımı ilə İçərişəhərdə

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində bərpa-konservasiya işləri aparılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bərpa-konservasiya işləri ilə tanış olublar.

ASAN Radio xəbər verir ki, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa Qala qapılarını da əhatə edib.

Dövlət başçısına və birinci xanıma bu qapıların və ona bitişik olan qala divarının bərpası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bu il görülən və gələn il icra olunacaq işlər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "İstedArt" layihəsi barədə məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxdılar, Bakı Xan Sarayı Kompleksində aparılan bərpa işləri ilə tanış oldular. Burada “Baqqal” suvenir və ənənəvi sənətkarlıq nümunələrinin sərgi və satış qalereyası, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi yaradılıb.

Bildirildi ki, Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, aparılan konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdilər.

ASAN Radio fotoları təqdim edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!